Вернуться назад Распечатать

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri bu gün İsveçrədə görüşəcək

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu gün erməni həmkarı Alen Simonyanla görüşəcək.

LiderXəbər.az xəbər verir ki, görüşün saat 20:30-da Cenevrədə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, görüşdən öncə Sahibə Qafarova və Alen Simonyan ayaqüstü söhbət ediblər.

Sahibə Qafarova İsveçrədə səfərdədir. Səfər çərçivəsində Milli Məclisin spikeri Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.

Xatırladaq ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.