Вернуться назад Распечатать

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

LiderXəbər-in xəbərinə görə, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.