Pressa.az » Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub

Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub

12 may 2023, Cümə, 18:02
Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub

Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.