Pressa.az » Ukraynada sərnişin qatarı avtokranla toqquşdu: Ölənlər var

Ukraynada sərnişin qatarı avtokranla toqquşdu: Ölənlər var

01 may 2026, Cümə, 09:35
Ukraynada sərnişin qatarı avtokranla toqquşdu: Ölənlər var

Bu gün səhər saatlarında Ukraynanın Lvov vilayətində Kiyev-Ujqorod sərnişin qatarı avtokranla toqquşduqdan sonra relsdən çıxıb.

Liderxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı maşinist və kran sürücüsü həlak olublar, maşinistin köməkçisi isə ağır xəsarət alıb.

Xəsarət almış sərnişinlər barədə hələlik məlumat yoxdur. Hadisə yerində tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar.

Qəzanın səbəbləri araşdırılır.