Füzuli Şəhəri Günüdür
Füzuli şəhərinin işğaldan azad olunmasından 6 il ötür.
Liderxeber.az xəbər verir ki, 6 il əvvəl bu gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.
Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 oktyabr 2023, Çərşənbə axşamı
Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
09 oktyabr 2024, Çərşənbə
Hadrutun işğaldan azad olunmasından dörd il ötür - "Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik"
