Pressa.az » Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

11 iyul 2024, Cümə axşamı, 13:55
Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X platformasında paylaşım edib.

"Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!", - paylaşımda deyilir.