Pressa.az » Ölkə » “Hərbçilərin maaşının artırılmasına 550 milyon manat ayrılacaq”

“Hərbçilərin maaşının artırılmasına 550 milyon manat ayrılacaq”

25 sentyabr 2026, Cümə, 11:35
“Hərbçilərin maaşının artırılmasına 550 milyon manat ayrılacaq”

“Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqlarının artırılması üçün 550 milyon manatadək vəsait ayrılacaq”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev bildirib.

“Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq”, - komitə sədri qeyd edib.