Pressa.az » Füzuli teatrı Bakıda uğurla çıxış edib

Füzuli teatrı Bakıda uğurla çıxış edib

25 dekabr 2024, Çərşənbə, 13:29
Füzuli teatrı Bakıda uğurla çıxış edib

Füzuli Dövlət Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının Təşkilatçılığı ilə 2024-2025-ci illərdə “Bölgə teatrlarının Bakı premyeraları” adlı layihəsində M.F.Axundzadənin "Kəvakib" və A.Elşadlının "Tənhalığın evi" tamaşası ilə çıxış edib.

"Kəvakib" tamaşasının quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Şəms Kazımzadədir. Tamaşada əsas rolları Emin Abışov, Asif Şirinov, Qaçaq Qarayev, Sevinc Məmmədova, Əli Hüseynov, Elçin Məmmədov, Zamin Quliyev, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Vüqar İsmayılov və başqaları ifa edib.

"Tənhalığın evi" tamaşasının quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada əsas rolları Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Şəlalə Nəsirova, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Emin Abışov, Vüqar Babayev, Gülgəz Soltanova ifa edib.

Səhnə əsərləri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Teatr uğurlu çıxışlara görə diploma layiq görülüb və həmin diplom Füzuli Dövlət Dram Teatrının baş rejissoru Nicat Mirzəyə təqdim olunub.