Aprelin 25-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar görüşü keçirilib.
Liderxeber.az-a verilən məlumata görə, 10-cu mikrorayon ərazisində baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər təsərrüfatı ilə bağlı qurumların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və sakinlər iştirak ediblər.
Sakinlər tərəfindən əsasən sosial rifah, kommunal xidmətlərin təkmilləşdirilməsi, infrastruktur problemləri, məşğulluq və digər məsələlər qaldırılıb. Şəhər rəhbəri bütün müraciətləri diqqətlə dinləyib, bəzi problemlər yerindəcə həll olunub. Digər müraciətlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib və qaldırılan məsələlər nəzarətə götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyi əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.