Bu almaların biri 40 dollara satılır - Fotolar
Çinin Tibet Muxtar Bölgəsində yetişdirilən nadir “Qara Almaz” (“Black Diamond”) alma növü yüksək qiyməti və qeyri-adi görünüşü ilə seçilir.
Liderxeber.az xəbər verir ki, tünd bənövşəyi qabığı və bala bənzəyən şirin dadı ilə tanınan bu meyvənin bir ədədi 10-40 dollara (təxminən 17-68 manat) satılır.
Tibetin Nyinçi şəhərində, 3100 metr yüksəklikdə yetişən almanın tünd rəngi güclü ultrabənövşəyi şüalar və kəskin gecə-gündüz temperatur fərqi nəticəsində formalaşır. Əlavə suvarma və kimyəvi dərmanlama olmadan da bar verə bilən ağaclar 8 ildə tam məhsuldarlığa çatır.
İldə cəmi iki ay yığılan və yalnız 30 faizi lüks bazar standartlarına cavab verən məhsul Pekin, Şanxay və Quançjouda xüsusi hədiyyə qutularında satılır, bəzən isə hələ yığılmamışdan öncə sifarişlə alınır.



