20 yaşlı fəhlə dağıntılar altında qalıb öldü - Foto- Yenilənib

Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib.
Liderxeber.az xəbər verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, nazirliyə şəhərin 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.