Pressa.az » Ölkə » Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

27 oktyabr 2026, Çərşənbə axşamı, 15:00
Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

Liderxeber.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Əldə edilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.