"Türkanda zibildaşıyan maşınlar məişət tullantılarını yol kənarına boşaldır" - SAKİN ŞİKAYƏTİ

Xəzər rayonu, Türkan qəsəbəsi sakini yaşadığı ərazidə yaranan antisanitar vəziyyətdən şikayətçidir.
Türkan qəsəbəsi sakini Vüqar Əmirov Liderxeber.az-a ünvanladığı müraciətdə bildirib ki, qəsəbədə mərkəzi yolun yaxınlığı zibillik əraziyə çevrilib.
Onun sözlərinə görə, gecə saatlarında zibildaşıyan maşınlar digər ərazilərdə topladıqları məişət tullantılarını Türkan qəsəbəsində yol kənarına boşaldır:
"77-JG-850 dövlət nömrə nişanlı zibildaşıyan maşın hər gecə Türkan qəsəbəsində mərkəzi yolun yaxınlığına zibil boşaldır. Bu zibillərin haradan yığılıb gətirildiyini bilmirik. Zibildaşıyan maşındırsa, aparıb topladıqlarını Balaxanıya təhvil verməlidir, bura niyə tökülür?"
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Oxşar Xəbərlər:

18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

10 may 2025, Şənbə
İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - YENİLƏNİB