Pressa.az » Ölkə » Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

18 aprel 2024, Cümə axşamı, 14:35
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Ruben Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb.

LiderXəbər xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,

Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.

Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.

Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.

Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.

Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.

Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-tökünlərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.

Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.

Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.


Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq.

İmzalar:

Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri


Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri


Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri


Zaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri


Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri


Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti


Novella Cəfərova - D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri


Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri


Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri


Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti


Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri


Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri


Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri


Leyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri


Könül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri


Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri


Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri


Mehriban Məmmədova - “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri


Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri


Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri


Ceyran Həsənova - Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri


Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri


Bəhruz Məmmədzadə - "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri,


Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri


Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri


Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri


Naibə Behbudova - “Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri


Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri


Oktay Sadıqov - "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri


Roza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri


Fariz Xəlili - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri


Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri


Şahin Camalov - "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti


Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri


Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri


Ayşən Hüseynova - Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsi


Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri


Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri


İradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri


Adilə Qəmbərova - Xankəndi sakini


Arif Tağıyev - Xankəndi sakini


Habil İsmayılov - Xankəndi sakini


Süleyman Yusibov - Laçın sakini


Elxan Təhməzov - Laçın sakini


Saleh Qasımov - Ağdərə sakini


Bilal Axundov - Ağdərə sakini


Məhəddin Quliyev - Ağdərə sakini


Ramin Nadirov - Kəlbəcər sakini


Ədalət Bəxtiyarov - Kəlbəcər sakini


Zümrüd Quliyeva - Ağdam sakini


Nadya Allahyarova - Ağdam sakini


Gülnarə Əhmədova - Füzuli sakini


Səməd Əliyev- Füzuli sakini


Güləli Məmmədov - Zəngilan sakini


Əlövsət Tanrıverdiyev - Cəbrayıl sakini


Murad İbişov - Cəbrayıl sakini


Etiraf Qasımov- Zəngilan sakini


İslam Bayramov - Xocavənd sakini


Faiq Fətəliyev - Xankəndi sakini


Məlahət Hüseynova - Xocalı sakini


Aqilə Əlizadə - Şuşa sakini


İman Allahverdiyev - Xocalı sakini


Arif Əliyev - Xankəndi sakini


Zamin Həsənov - Xankəndi sakini


Famil Şükürov – Şuşa sakini


Yelmar Ələsgərov – Şuşa sakini


Yasin Məhərrəmov - Xankəndi sakini


Gülnaz Salahova - Xankəndi sakini


Seymur Nəbiyev - Xankəndi sakini


Tacimə Quliyeva - Xankəndi sakini


Xəyyam Allahverdiyev - Xankəndi sakini


Etibar Abışov - Xocavənd sakini


Azad Əliyev - Şuşa sakini


Murad Allahverdiyev - Xocalı sakini


Vidadi Əliyev - Xocalı sakini


Nizami Balayev - Şuşa sakini


Əlövsət Vəliyev - Şuşa sakini


Fəxrəddin İsmayılov - Şuşa sakini


Şükür Quliyev - Xocavənd sakini


Roman Quliyev - Xankəndi sakini


Tubu İbrahimova - Xankəndi sakini


Arif Hüseynov - Xocavənd sakini


Muradxan Quliyev - Xocavənd sakini


Elçin Dadaşоv - Xankəndi sakini


Əbülfət Məmmədоv - Xankəndi sakini


Quzal Abbasova - Xocalı sakini


Minarə Bayramоva - Xocalı sakini


Şükür İbrahimоv - Xocavənd sakini


Vaqif Həsənоv - Xocalı sakini


Əyanət Məmmədоv - Xocavənd sakini


Arif Dоstiyev - Şuşa sakini


Mələk Abbasova - Xocalı sakini


Elmira Kərimova - Xocalı sakini


Nazilə Məhərrəmova – Şuşa sakini


Famil Kərimov – Şuşa sakini


Anar Əsədov - Xocalı sakini


Rəvan Həsənov - Xocalı sakini


Rahilə Rəhimova - Şuşa sakini


Ramil Babayev - Xocavənd sakini


Bəxtiyar Məmmədov - Xocavənd sakini


Rafiq Hümbətov - Şuşa sakini


Rafail Məmmədov - Şuşa sakini


Anar Əbdülov – Xocalı sakini


Nəbi Əzimov – Şuşa sakini


Nargilə İsgəndərova - Xocavənd sakini


Zamin Nadirov – Şuşa sakini


Sahibə Şahmuradova – Xocalı sakini


Ramil Qasımov – Şuşa sakini


Şahnaz Behbudova – Xocalı sakini


Seymur Bəxtiyarov - Xankəndi sakini


Vahid Ələkbərov – Şuşa sakini


Gülnaz Orucova – Xocalı sakini


Bakir Məmmədov – Xocalı sakini


Tahir Cəfərov - Xocavənd sakini


Fatma Hüseynova - Xocavənd sakini


Qəmər Məmmədova – Şuşa sakini


Mahir Səfərov – Xocalı sakini


Məlahət Məmmədova – Xocalı sakini


Rəna Əzimova – Xocalı sakini


Ramiz Həsənov – Şuşa sakini


Qəmbər Məhərrəmov - Xankəndi sakini


İlham Kərimov – Şuşa sakini


Fəxrəddin Əsədov - Xocavənd sakini


Cəlal Camalov - Xocavənd sakini


Qabil Əkbərov – Xocalı sakini


Zenfira Əliməmədova – Xocalı sakini


Surxay Quliyev – Xocalı sakini


Elman Xəlilov - Şuşa sakini


Sirac Malasov - Kəlbəcər sakini


Ceyhun Baxışov -Kəlbəcər sakini


Hicran Əmrahova - Kəlbəcər sakini


Fəqan Vəliyev – Şuşa sakini


Yəhya Niyazov – Şuşa sakini


Qənimət Bayramov – Xocalı sakini


Elnur Bəylərov – Şuşa sakini


Möhübbət Həsənov – Şuşa sakini


Elbəniz Hüseynov - Xocavənd sakini


Vasif Əliyev - Xocavənd sakini


Rövşən Qasımov - Xocavənd sakini


Həsən Əhmədov – Xocalı sakini


Svetlana Cavadova – Xocalı sakini


Fidan Əliyeva – Xocalı sakini


Nüşabə Quliyeva – Şuşa sakini


Alesiya Bəhmənova – Şuşa sakini


Sara Həsənova - Xocəvənd sakini


Səyyarə Nəcəfova - Xocəvənd sakini


Fuad Salahov – Şuşa sakini


Taleh Cabbarov - Xankəndi sakini


Bulus Quliyev - Xankəndi sakini


Vaqif Həsənov – Şuşa sakini


Emin Zeynalov – Şuşa sakini


İlqar Əmirov - Xankəndi sakini


İsmayıl Cəbrayılov – Şuşa sakini


Əfqan Rzayev - Xankəndi sakini


Möhübbət Səfərov - Xankəndi sakini


Əvəz Mehralıyev – Şuşa sakini


Qalib Mirzəliyev – Şuşa sakini


Nəbi Qasımov - Xocavənd sakini


Rasim Hüseynov - Xocavənd sakini


Fazil Quliyev – Xocalı sakini


Ədalət Qasımov – Şuşa sakini


Məhəmməd Zeynalov – Xocalı sakini


Əhliman Quliyev – Xocalı sakini


Ramiz Süleymanov – Şuşa sakini


Mənsur Nəcəfov – Xocalı sakini


Fikrət Abbasov - Xocavənd sakini


Vahid Abbasov – Xocalı sakini


Cəmil Rəhimova - Xocalı sakini


Valeh Allahverdiyev - Şuşa sakini


Aslan Əmirov - Şuşa sakini


Zahir Usubov - Xocalı sakini


Mahirə İsmayılova – Xocalı sakini


Səxavət Abbasov – Şuşa sakini


Mehman Həşimov – Xocalı sakini


Gəray Həşimov – Xocalı sakini


Xatirə Cəfərova - Xocəvənd sakini


Vasif Həşimov – Şuşa sakini


Vüqar Kərimov – Şuşa sakini


Rza Məmmədov - Xocəvənd sakini


Səbuhi Məmmədov – Şuşa sakini


Reyhan Quliyeva – Şuşa sakini


Novruz Rəsulov - Xankəndi sakini


Müzəffər Qurbanov - Xankəndi sakini


Sevil Şükürova - Xankəndi sakini


Elxan Ağayev – Şuşa sakini


Vaqif Ağayev – Xocalı sakini


Vaqif Məmmədov – Xocalı sakini


Zülfü Quliyev – Xocalı sakini


Məzahir Ağayev – Xocalı sakini


Nadir Məmmədov – Xocalı sakini


Fazil Quliyev – Xocalı sakini


Məhəmməd Zeynalov – Xocalı sakini


Vaqif Məmmədov – Xocalı sakini


Ələmşah Hüseynov – Şuşa sakini


Məmməd Süleymanov – Şuşa sakini


Xanımzər Sadıqova – Şuşa sakini


Nazim Mirzəyev - Xankəndi sakini


İnşallah Mahmudov - Xankəndi sakini


Lətafət Quliyeva – Şuşa sakini


Tacir İsmayılov – Xocalı sakini


Adil Əzizоv – Şuşa sakini


Mustafa Səfərov - Laçın sakini


Ülfət İlyasov - Laçın sakini


Rauf Əhmədov - Laçın sakini


Mahir Səmədov - Ağdərə sakini


Təbib Əzizov - Ağdərə sakini”.