Pressa.az » Cəmiyyət » Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi

Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi

26 iyul 2025, Şənbə, 16:15
Sumqayıtlı müəllim Türkiyədə qəfil vəfat etdi

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi 1967-ci il təvəllüdlü Əliyeva Gülnarə Nizami qızı Türkiyədə vəfat edib.

Liderxeber yerli mediaya istinadən xəbər verir ki, G.Əliyeva turist kimi səfərə getdiyi ölkədə elə həmin gün qəfil dünyasını dəyişib.

Onun dəqiq hansı səbəbdən həyatını itirməsi məlum olmasa da, müəllimin vəziyyətinin pisləşdiyi və çatdırıldığı xəstəxanada öldüyü bildirilir. 

Məlumata görə, G.Əliyeva bir neçə il əvvəl oğlunu itiribmiş.

Son bir ildir adıçəkilən məktəbdə çalışan pedaqoq daha əvvəl uzun müddət Texniki Təbiət Elmləri Liseyində ibtidai sinif müəllimi və direktor müavini kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!