Pressa.az » İdman » Millimiz İraqla qarşılaşır

Millimiz İraqla qarşılaşır

17 noyabr 2026, Çərşənbə axşamı, 14:37
Millimiz İraqla qarşılaşır

Təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq oyununu keçirəcək.

Liderxeber.az xəbər verir ki, U-20 İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlanacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.