Metroda doğulan uşağa bu ad veriləcək

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.
Liderxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi bildirib.
O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: “Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.
Qeyd edilib ki, bu, ananın 2-ci hamiləliyi olub.