Pressa.az » Ölkə » “Rəqəmsal Media Ayı” keçiriləcək

“Rəqəmsal Media Ayı” keçiriləcək

02 noyabr 2026, Bazar ertəsi, 09:48
“Rəqəmsal Media Ayı” keçiriləcək

Bu ay “Rəqəmsal Media Ayı” keçiriləcək.

Liderxeber.az xəbər verir ki, tədbir Media və Yayım Şurasının təşəbbüsü ilə təşkil olunacaq.

“Rəqəmsal Media Ayı”nın əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

Ay ərzində müxtəlif hədəf qruplarını əhatə edən maarifləndirmə proqramlarının, praktiki təlimlərin, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur.