Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə

Müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət hüququ yalnız ailədə yeganə himayədar olan şəxslərə şamil olunur.
Liderxeber.az qanunvericiliyə istinadən xəbər verir ki, bu möhlət aşağıdakı hallarda tətbiq edilir:
- Başqa övladı olmayan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və ya anaya baxan çağırışçıya;
- Üç və daha çox övladı olanlara;
- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş həyat yoldaşı olanlara;
- 8 yaşınadək üç və ya daha çox uşağı təkbaşına böyüdən ata və ya anaya;
- 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacısına baxan, başqa himayəçi ailə üzvü olmayan çağırışçıya.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 mart 2024, Çərşənbə
Yeni qanun qadınların 5 il erkən pensiya hüququ ilə bağlı sui-istifadə hallarının qarşısını alacaq

06 mart 2024, Çərşənbə
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq