Pressa.az » Cəmiyyət » Təzyiqi salır, yaddaşı gücləndirir

Təzyiqi salır, yaddaşı gücləndirir

04 noyabr 2025, Çərşənbə axşamı, 11:24
Təzyiqi salır, yaddaşı gücləndirir

Daha sağlam qidalanmaq istəyənlər və ya idman edərkən qidalanmasını gücləndirmək istəyənlər badamın faydalarını araşdırır. Çiy və ya qovrulmuş badamları yeyə və ya şirniyyatlarınıza, yeməklərinizə əlavə edə bilərsiniz.

Liderxeber.az badamın faydalarını təqdim edir:

1. Antioksidant qaynağı

Antioksidantlar vücudumuzu oksidativ stres və vücud hüceyrələrimizə zərər verə biləcək sərbəst radikallardan qoruyur. Badam zəngin antioksidat qaynağıdır və antioksidantların çoxu qəhvəyi badamın qabığında olur.

2. Qan xolesterolunu yaxşılaşdırır

Badamdakı yağ doymamış yağdır. Bu cür yağlar LDL (pis) xolesterolu artırmır.

3. Qan şəkərini normaya salır

Badam karbohidrat baxımından zəif, protein və lif baxımından isə zəngindir. Badamdakı maqnezium qan şəkərini nəzarət etməyə və insulin funksiyasını yaxşılaşdırır.

4. Kilo verməyə kömək edər

Yağ miqdarı nisbətən yüksək olmasına baxmayaraq, badam çəki verməyə kömək edər. Protein və lif tərkibi iştahanızı azaldar.

5. E vitamini qaynağıdır

Badam bir çox çərəzlərdən daha yüksək miqtarda E vitamini tərkiblidir. Eyni zamanda E vitamini alzaimer riskini azaldır.

6. Sümük gücünü artırır

Mütəxəssislər badamların sümük sağlamlığı üçün faydalı olduğunu deyirlər.

7. Qan təzyiqini aşağı salır

8. Toxluq hissini artırır

Protein, sağlam yağlar və lif baxımından yüksək, amma karbohidrat miqdarı aşağı olan badam toxluq hissini artırır.

9. Badamın göz sağlamlığına faydaları

E vitamini tərkibli badam göz sağlamlığı üçün önəmli rol oynayar.

10. Dərini qidalandırır

Badamın dəri üçün bilmədiyiniz faydaları vardır. Badam üz və kosmetik vasitələrin ayrılmaz bir parçasıdır.

11. Yaddaşı gücləndirir

Badam tərkibi ilə yaddaşı gücləndirir və beyni yaxşılaşdırır.

12. Anemiyanın müalicəsində faydalıdır

Badam anemiyanın qarşısını almaq üçün lazımlı olan dəmir, mis və yetərli hemoqlobin artıran vitamin tərkiblidir.

13. Qlütensizdir

Badam qlüten allergiyası olanlar üçün faydalıdır.

14. Enerji qaynağıdır

Badam yeməklə gün ərzində daha enerjili ola bilərsiniz.

15. Öd daşının qarşısını alır

Badam öd kisəsinin və qaraciyərin problemsiz işləməsini təmin edərək öd daşlarının yaranmasının qarşısını alır.

Yüksək təzyiq infarkt və insult kimi problemlərə yol açar. Araşdırmalar maqnezium qəbulunun yüksək təzyiq riskini azaltdığını göstərir.