Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin Ər-Riyadda yerləşən binasına ballistik raketlə zərbə endirib.
Liderxeber.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Saria “Telegram” kanalında paylaşım edib.
“Silahlı Qüvvələrimiz son 48 saat ərzində ballistik raketlər və dronlarla dörd yüksək dəqiqlikli əməliyyat həyata keçirib. Onlardan birincisi Müdafiə Nazirliyinin Səudiyyə Ərəbistanının paytaxtında yerləşən binasına yönəldilib”, - o bildirib.
Bundan əlavə, husilərin “Saudi Aramco” neft şirkətinin Səudiyyə Ərəbistanının Yənbu şəhərində yerləşən infrastrukturuna hücum həyata keçirdikləri qeyd olunub.
Oxşar Xəbərlər:
06 oktyabr 2026, Çərşənbə axşamı
Husilər Səudiyyə Ərəbistanında aeroportları və neft obyektlərini vurdular
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 aprel 2025, Çərşənbə
Husilər Qırmızı dənizdə ABŞ-nin "Harry Truman" aviadaşıyıcısına yenə zərbələr endiriblər
05 avqust 2025, Çərşənbə axşamı
Husilər Ben-Qurion hava limanına səsdən sürətli raketlə hücum ediblər
