Pressa.az » Cəmiyyət » Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT

Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT

04 noyabr 2025, Çərşənbə axşamı, 14:30
Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT

Yumurta ən çox qiymətləndirilməyən, lakin ən faydalı qidalardan biridir. O, təkcə yüksək protein mənbəyi deyil, həm də beynin və görmə qabiliyyətinin fəaliyyətini yaxşılaşdırır.

Liderxeber.az xəbər verir ki, mütəxəssislər yumurtanı gündəlik rasiona daxil etməyin 5 əsas səbəbini açıqlayıblar.

Sarısı ağından daha faydalıdır
Yumurtanın əsas qida maddələri məhz sarısında toplanıb. Bir yumurta orqanizm üçün vacib olan D vitamini, maqnezium, kalsium, fol turşusu, selenium, kalium və doymamış yağlarla zəngindir. Həmçinin yumurta A, B12, B2 vitaminləri, dəmir və sinkin də əsas mənbəyidir.

Yumurtadakı xolesterin qorxulu deyil
Bir yumurtada təxminən 200 mq xolesterin var, lakin bu, orqanizmdəki ümumi xolesterinin yalnız 20%-ni təşkil edir. Alimlər bildirirlər ki, normal sağlam insanda yumurta xolesterin balansına mənfi təsir göstərmir, əksinə, "yaxşı" xolesterinin səviyyəsini artırır.

Mağaza yumurtası kənd yumurtasından fərqlənmir
Tədqiqatlara görə, aminturşular, yağ turşuları və vitaminlərin miqdarı baxımından mağazada satılan yumurtalarla kənd yumurtaları arasında ciddi fərq yoxdur. Aradakı kiçik fərqlər yalnız qidalanması zəif olan insanlar üçün əhəmiyyətli ola bilər.

Yumurtalar beyin üçün faydalıdır
Yumurta sarısında olan xolin maddəsi beynin fəaliyyəti, yaddaş və diqqət üçün vacibdir. Bu maddənin çatışmazlığı qaraciyər və sinir sistemi xəstəliklərinə səbəb ola bilər. Bir yumurta insanın gündəlik xolin ehtiyacının təxminən 30%-ni qarşılayır.

Yumurtalar göz sağlamlığını qoruyur
Yumurta sarısında A vitamini ilə yanaşı, lutein və zeaksantin kimi antioksidantlar da var. Bu maddələr ultrabənövşəyi şüələrdən qoruyur, görmə zəifliyinin və kataraktanın qarşısını alır.

Mütəxəssislər vurğulayırlar ki, yumurta həm sadə, həm də ucuz qida olmaqla bərabər, orqanizmin sağlam fəaliyyəti üçün vacib elementləri təmin edir. Mağaza yumurtaları da kənd yumurtaları qədər faydalıdır.