Pressa.az » Cəmiyyət » Ürək xəstəliklərinin gözlənilməz əlaməti aşkarlandı

Ürək xəstəliklərinin gözlənilməz əlaməti aşkarlandı

08 noyabr 2025, Şənbə, 10:26
Ürək xəstəliklərinin gözlənilməz əlaməti aşkarlandı

Yaşlı insanlarda qoxubilmənin zəifləməsi işemik ürək xəstəliyi riskinin artmasının erkən əlaməti ola bilər.

Liderxeber.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Miçiqan Universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub.

"Atherosclerosis Risk in Communities" layihəsində 5 mindən çox iştirakçının məlumatlarının təhlili göstərib ki, qoxubilmə qabiliyyəti zəif olan insanlarda sonrakı illər ərzində ürəktutmaları ehtimalı, qoxuları ayırd etmək qabiliyyətinin itmədiyi insanlarla müqayisədə təxminən iki dəfə yüksək olub. Bu əlaqə xüsusilə müşahidənin ilk illərində açıq-aydın şəkildə özünü göstərib və sonra tədricən zəifləyib.

Tədqiqatçıların sözlərinə görə, qoxubilmənin pisləşməsi sinir yollarının və endotellərin zədələnməsi ilə bağlı gizli damar və iltihab proseslərini əks etdirə bilər. Həkimlər qoxu duymaq qabiliyyətinin qəfil azalmasını yaşla bağlı zərərsiz xüsusiyyət kimi deyil, ürək-damar sisteminin müayinəsindən keçmək üçün bir siqnal kimi qəbul etməyi tövsiyə edirlər.