Hisə verilmiş balıqlar bahalaşıb
Son günlər hisə verilmiş balıqların qiymətində ciddi artım müşahidə edilir.
Liderxeber.az xəbər verir ki, Əvvəllər bəzi yerlərdə hətta 8-10 manata satılan hisə verilmiş balıqlar hazırda 26 manata təklif edilir.
Mütəxəssislər deyirlər ki, sözügedən məhsulun qiyməti təkcə son bir ayda 30 faiz artıb.
Bildirilir ki, bahalaşmaya səbəb idxal xərclərinin yüksəlməsidir.
