Pressa.az » Cəmiyyət » Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək

Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək

01 dekabr 2025, Bazar ertəsi, 11:57
Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək

"Şuşa" Peşəkar Futbol Klubu (PFK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ölkə üzrə bütün məktəbliləri “Şəhidim - Qəhrəmanım” adlı xüsusi inşa müsabiqəsinə dəvət edir.

Liderxeber.az xəbər verir ki, bu layihənin məqsədi - qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və hər bir uşağa öz seçdiyi bir şəhidin həyatını daha dərindən tanımaq imkanı yaratmaqdır. Müsabiqə həm də klubumuzda futbol təhsili alan şəhid övladları üçün mənəvi dəstək və həmrəylik mesajı daşıyır.

İştirak qaydaları

Yaş həddi: 16 yaşadək bütün uşaqlar

Mövzu: İstənilən bir Azərbaycan şəhidinin həyatına və qəhrəmanlığına həsr olunmuş inşa

Həcmi: 300–700 söz

Format: Word və ya PDF

İnşa ilə birlikdə:

Uşağın adı, soyadı

Məktəbi və şəhəri

Seçdiyi şəhidin adı, soyadı və qısa bioqrafik məlumat

Qiymətləndirmə meyarları

Mövzunun düzgün və səmimi şəkildə açılması

Uşağın özünəməxsus dili və yanaşması

Orijinallıq

Dil və üslub mədəniyyəti

Şəhid barədə məlumatların doğruluğu

Nəticə və mükafatlar

Müsabiqə üzrə seçilən ən yaxşı 100 inşa xüsusi kitab şəklində nəşr olunacaq.

Qalibləri isə aşağıdakı mükafatlar gözləyir:

1-3-cü yerlər üçün xüsusi kubok və hədiyyə dəstləri

İlk 10-luğa diplom və təşəkkür plaketi

Kitaba düşən hər bir uşağa kitab və iştirakçı sertifikatı

"Şuşa PFK futbolçuları ilə görüş

Klubun xüsusi qonaq günü və fotossesiya

Yekun olaraq, müsabiqənin bağlanış mərasimində kitabın təqdimatı və qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

“Şəhidim – Qəhrəmanım” müsabiqəsi ilə hər bir uşaq bir qəhrəmanın hekayəsini yazacaq, biz isə birlikdə onların xatirəsini yaşadacağıq.

Gəlin, həmrəy olaq, şəhidlərimizi unutmayaq, gənclərimizin qəlbində vətən sevgisini daha da gücləndirək.

Bir inşa, bir xatirə, bir qəhrəman!

Son müraciət tarixi: 31.12.2025.

Qaliblər son müraciət tarixindən 15 gün sonra açıqlanacaq.

Qeydiyyat və suallar üçün əlaqə: +994702372227

Hazır inşalarınızı aşağıdakı mail adresinə göndərin:

[email protected]