Pressa.az » Cəmiyyət » Özünü kanala atan qızını xilas etmək istəyən ata boğulub öldü

Özünü kanala atan qızını xilas etmək istəyən ata boğulub öldü

03 dekabr 2025, Çərşənbə, 09:27
Özünü kanala atan qızını xilas etmək istəyən ata boğulub öldü

Bərdədə özünü kanala atan ruhi xəstə qızını xilas etmək istəyən ata suda boğularaq ölüb. 

Liderxeber.az-ın xəbərinə görə, hadisə rayonun Nazırlı kəndində baş verib.

Uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən kənd sakini 44 yaşlı Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən su kanalına atıb. Bunu görən atası 1957-ci il təvəllüdlü (68 yaş) Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da, suda boğularaq ölüb. Qız isə kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib. 

Qeyd edək ki, Y.Kərimov uzun illər kənd məktəbində ibtidai sinif müəllimi işləyib.