Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Həcc ziyarəti üzrə kvotanın 80 faizdən çoxu tamamlanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çox sayda müraciətini nəzərə alaraq builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.
Vüsal Cahangiri bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.
Xatırladaq ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 may 2024, Çərşənbə
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuşun vaxtı məlum olub
