Dərman qəbulunda edilən səhv
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir göstərə bilər.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər həbləri qəhvə, çay, süd və ya şirə ilə deyil, yalnız təmiz, 100-200 millilitr su ilə qəbul etmək lazım olduğunu bildiriblər.
Onların sözlərinə görə, digər içkilərin tərkibində olan maddələr preparatların orqanizmdə sorulma prosesinə təsir göstərə bilər. Nəticədə dərmanın təsiri zəifləyə, müalicə gözlənilən effekti verməyə və ya əksinə, preparatın qandakı konsentrasiyası həddindən artıq yüksələrək yan təsirlərin yaranma riskini artıra bilər.
Buna görə də dərmanları yalnız təlimatda göstərilən qaydalara uyğun qəbul etmək və həkim tövsiyələrinə əməl etmək tövsiyə olunur.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
14 noyabr 2023, Çərşənbə axşamı
Süd məhsulları istifadə etməyənlər üçün resept - Gündəlik miqdarı...
