AzTU-da elektron diplomların verilməsinə başlanıldı
İyulun 30-da Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb.
Proses "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.
Beləliklə, 2025/2026-cı tədris ili üzrə AzTU-dan məzun olanlar diplomlarını elektron formatda əldə edəcəklər.
AzTU-nun rektoru Vilayət Vəliyev 181 məzunun diplomunu AOİTAS vasitəsilə imzalayıb. Digər məzunların da diplomları mərhələli şəkildə elektron formada imzalanaraq təqdim olunacaq.
Qeyd edək ki, məzunlar elektron diplomları avqust ayından etibarən "mygov" rəqəmsal hökumət platforması üzərindən əldə edə bilərlər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
29 aprel 2025, Çərşənbə axşamı
UNEC Dərbənd filialının tələbələri hələ də diplomlarını ala bilmirlər - Şikayət
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
