Pressa.az » Cəmiyyət » Dərmandan zəhərlənən qadın öldü

Dərmandan zəhərlənən qadın öldü

04 sentyabr 2026, Cümə, 14:13
Dərmandan zəhərlənən qadın öldü

Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.

Liderxeber.az xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.

Kənd  sakini 40 yaşlı Gülnarə Ələsgərova dərman zəhərlənməsi diaqnozu ilə Şəmkir xəstəxanasına daxil olub.

Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.