Niyə gözəllik prosedurlarının nəticəsi çox vaxt qalıcı olmur? - Ekspert səbəbləri izah edir
Kurslara, prosedurlara və bahalı vasitələrə xərclənən aylar - bir neçə aydan sonra isə güzgüdə yenə köhnə mənzərə.
Bu vəziyyət minlərlə qadına tanışdır.
Liderxeber.az xəbər verir ki, mütəxəssislərin fikrincə, problem əksər hallarda seçilən üsulda deyil, yanaşmanın özündədir. Bədən ayrı-ayrı hissələrdən yox, bir sistemdən ibarətdir. İstənilən prosedur bu zəncirin yalnız bir halqasına təsir edir. Qan dövranı, qidalanma, yuxu, stress və gündəlik vərdişlər əvvəlki kimi qalırsa, toxuma tədricən köhnə vəziyyətinə qayıdır və nəticə “əriyir”.
“Nəticə o zaman qalıcı olur ki, ona gətirib çıxaran səbəblərlə birlikdə işlənsin. Dəri ayrılıqda yaşamır, o, qidalanmanın, hormonların və gündəlik vərdişlərin güzgüsüdür”, - deyə üz və bədən estetikası üzrə ekspert Faridə Zeynalova bildirib.
Sistemli yanaşma nədir? Bu yanaşmanın Azərbaycanda ilk nümunəsi “LaGrace”dir.
“LaGrace” - qadınlar üçün transformasiya evidir: üz və bədən ritualları, qidalanma, psixologiya, stil və etiket bir dam altında, bir komanda tərəfindən, bir təqvimlə idarə olunur.
Mərkəzin baş ofisi Londonda, praktikası Bakıdadır. Mərkəzi fərqləndirən ikinci prinsip iynədən imtinadır. Burada botoks, filler və cərrahi müdaxilə tətbiq edilmir: bütün nəticələr təbii transformasiya sistemi ilə əldə olunur və “əvvəl-sonra” hekayələri açıq şəkildə dərc edilir.
Mütəxəssislər mərkəz seçərkən dörd suala baxmağı tövsiyə edir:
• Sizə prosedur satılır, yoxsa əvvəlcə səbəblərə baxılır?
• İstiqamətlər bir komandada birləşirmi, yoxsa hər sahə üçün ayrı yerə göndərilirsiniz?
• Mütəxəssis nəyin sizə uyğun olmadığını da deyirmi?
• “Dərhal möcüzə” vəd olunurmu? Qalıcı nəticə həmişə vaxt istəyir.
“LaGrace” saytında qadınlar üçün pulsuz, maarifləndirici jurnal və qeydiyyatsız özünüyoxlama testləri də yerləşdirilib.
Qəbul öncədən rezervasiya ilə aparılır: +994 50 999 68 57
