Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
Bu gün II Qarabağ müharibəsində şəhid olan Vidadi Xəlilovun anım günüdür.
Liderxeber.az xəbər verir ki, onun şəhid olmasından 6 il ötür.
Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
O, 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (“motoatıcı” ixtisası) təhsil alıb. 2009-cu ildə Çində Xüsusi Təyinatlı Qüvvələrin kursunu bitirən 3 azərbaycanlı zabitdən biri olub.
Polkovnik-leytenant oktyabrın 30-da Laçın döyüşləri zamanı Laçın dəhlizində şəhid olub. O, Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhidimiz Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın istiqamətlərində döyüşüb və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, “Azərbaycan Bayrağı” ordeni və digər medallarla təltif olunub.


