Pressa.az » Cəmiyyət » Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

28 sentyabr 2026, Bazar ertəsi, 13:33
Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub.

Liderxeber.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlamasında həmyerlimizin nəşinin ölkəmizə gətiriləcəyini bildirib.

“Həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə hücum zamanı həyatını itirən azərbaycanlı ilə bağlı başsağlığı verib.