Pressa.az » Səhiyyə » Sumqayıtda həkimlər 45 dəqiqəlik mübarizədən sonra pasiyenti həyata qaytarıblar - VİDEO

Sumqayıtda həkimlər 45 dəqiqəlik mübarizədən sonra pasiyenti həyata qaytarıblar - VİDEO

18 noyabr 2026, Çərşənbə, 14:23
Sumqayıtda həkimlər 45 dəqiqəlik mübarizədən sonra pasiyenti həyata qaytarıblar - VİDEO

Sumqayıt Tibb Mərkəzinin həkimləri ürək fəaliyyəti dayanmış pasiyentin həyatını xilas ediblər.

Liderxeber.az xəbər verir ki, hadisə zamanı pasiyentin ürək fəaliyyəti dayanıb. Tibb işçiləri dərhal reanimasiya tədbirlərinə başlayıblar. Təxminən 45 dəqiqə davam edən fasiləsiz tibbi müdaxilə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub və o, həyata qaytarılıb.

Hazırda pasiyentin müalicəsi və tibbi müşahidəsi davam etdirilir.

Həkimlərin vaxtında müdaxiləsi və peşəkarlığı nəticəsində daha bir insan həyatını xilas etmək mümkün olub.