Pressa.az » Cəmiyyət » “Onun şəklini əxlaqsız qadınların şəkli ilə montaj edibmiş”

“Onun şəklini əxlaqsız qadınların şəkli ilə montaj edibmiş”

20 fevral 2024, Çərşənbə axşamı, 17:08
“Onun şəklini əxlaqsız qadınların şəkli ilə montaj edibmiş”

“Öz məktəb yoldaşına qarşı zorakılıq göstərən D.R özü də həmin qız tərəfindən bulinqə məruz qaldığını iddia edir. Onlar vaxtilə bir məktəbdə oxumaqla yanaşı, həm də qonşudurlar. Bulinqə məruz qalan qız 156 saylı məktəbin IX sinfindən çıxaraq peşəyə yönəlib. Hadisəni törədən D.R isə məktəbin XI sinfində təhsil alır. O bu hadisəni bir növ qisas almaq məqsədilə törətdiyini söyləyib”.

LiderXəbər xəbər verir ki, bunu Sputnik Azərbaycan-a qeyri-etik görüntü ilə bağlı həmin məktəbdə olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

Şura sədri bildirib ki, həmin qızlar və valideynləri ilə görüşə bilməsələr də, məktəbdə onlara hadisə barədə məlumat verilib.

“Biz bulinq törədən qızın sinif yoldaşları ilə görüşdük. Onlar D.R-dan indiyədək heç bir zorakı davranış görmədiklərini bildirdilər. Məlum oldu ki, hazırda bulinqə məruz qalan qız özü də ona qarşı əvvəllər belə bir hərəkət edib. Sosial şəbəkələrdə D-nin şəklini əxlaqsız qadınların şəkli ilə montaj edərək onun əxlaqsız xidmətlər göstərdiyini qeyd edib. Sadəcə məktəbli ondan acıq çıxmaq üçün səhv üsul seçib. Videogörüntü yayılmazdan öncə bu məsələ hüquq-mühafizə orqanlarında araşdırılırmış”, - G.Səfərova bildirib.

Qurum rəhbəri onu da əlavə edib ki, şagirdlərin təhsil aldığı məktəb şagird davranış qaydalarının pilot layihə şəklində tətbiq edildiyi təhsil müəssisəsidir.

O bildirib ki, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı video barədə Elm və Təhsil Nazirliyinə, aidiyyatı qurumlara məlumat verilib.

Həmçinin məktəbdən bildiriblər ki, öz məktəb yoldaşının saçını kəsərək onu təhqir edən, başına yumurta vuran D.R Bakının Xəzər rayonu 185 nömrəli tam orta məktəbinin keçmiş direktoru Esmira Rzaquliyevanın qardaşı qızıdır. Keçmiş direktor E. Rzaquliyeva 2022-ci ilin avqust ayında vəfat edib.

Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb.İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib.