Pressa.az » Dünya » 14 ay sonra ilk dəfə qızıl kəskin ucuzlaşdı - Yenilənib

14 ay sonra ilk dəfə qızıl kəskin ucuzlaşdı - Yenilənib

20 noyabr 2026, Cümə, 09:17
14 ay sonra ilk dəfə qızıl kəskin ucuzlaşdı - Yenilənib

“Comex” birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçers müqavilələrinin qiyməti 8 sentyabr 2025-ci il tarixindən bəri ilk dəfə bir troya unsiyası üçün 3650 dollardan aşağı enib.

Liderxeber.az ticarət məlumatlarına istinadən xəbər verir ki, cümə günü Bakı vaxtı ilə saat 01:23-ə olan göstəriciyə əsasən, qızıl 2,49 faiz ucuzlaşaraq bir troya unsiyası üçün 3648,8 dollara düşüb.

Eniş dinamikası qısa müddətdə dərinləşib – Bakı vaxtı ilə saat 01:33-ə qədər fyuçerslərin qiyməti 3 faiz azalaraq bir troya unsiyası üçün 3 629,8 dollar səviyyəsinə geriləyib.

***

Bakı vaxtı ilə saat 06:07-də 5,28 faiz dəyər itirən qızıl 3 544,4 dollara geriləyib. Cəmi beş dəqiqə sonra - saat 06:12-də eniş 5,44 faizə çatıb və qiymətli metalın bir troy unsiyası 3 538,3 dollara düşüb.