Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət
Daxili İşlər Nazirliyi (DİN) virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib.
LiderXəbər xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.
“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, - o qeyd edib.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
14 noyabr 2023, Çərşənbə axşamı
Azərbaycanda şəbəkə biznesinə sərmayə yatıranda nəyi nəzərə almaq lazımdır?