Pressa.az » Dünya » Hələbdə hərbi anbarda partlayış: Ölən və yaralananlar var

Hələbdə hərbi anbarda partlayış: Ölən və yaralananlar var

21 sentyabr 2026, Bazar ertəsi, 13:15
Hələbdə hərbi anbarda partlayış: Ölən və yaralananlar var

Suriyanın Hələb şəhərində partlayışlar qeydə alınıb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin kənarında yerləşən Əl-İs rayonu istiqamətində baş verib. Mülki müdafiə xidmətinin rəhbəri Feysəl Məhəmməd Əli "Al-Ikhbariya" telekanalına açıqlamasında bildirib ki, sözügedən ərazidə hərbi anbar yerləşir və orada döyüş sursatlarının detonasiyası baş verib.