Pressa.az » Cəmiyyət » FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə məlumatlara münasibət bildirib

FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə məlumatlara münasibət bildirib

13 may 2024, Bazar ertəsi, 10:36
FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə məlumatlara münasibət bildirib

FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən LiderXəbər-ə bildirilib ki, "Sədərək" ticarət mərkəzi ərazsində yanğın olması barədə nazirliyin "qaynar xətt"inə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkədə yanğın barədə yayılan görüntülərlə bağlı nazirliyin qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən ticarət mərkəzində hər hansı yanğln hadisəsi baş vermədiyi aydın olub.

Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırdığı məlum olub.