Pressa.az » Cəmiyyət » Gələn həftə 46 mindən çox abituriyent imtahan verəcək

Gələn həftə 46 mindən çox abituriyent imtahan verəcək

18 may 2024, Şənbə, 12:00
Gələn həftə 46 mindən çox abituriyent imtahan verəcək

Mayın 26-da II və III ixtisas qrupları üzrə imtahan keçiriləcək. Qırx altı mindən çox abituriyent imtahan verəcək.

LiderXəbər.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, daha sonra I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Bu imtahanlar birinci cəhddir.

“İyul qayında qəbul imtahanlarının ikinci cəhdi olacaq”, - deyə M.Abbaszadə bildirib.