Məleykə Abbaszadə: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək
 
Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək.
LiderXəbər.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir: "Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".
Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.
Oxşar Xəbərlər:
 
	08 may 2024, Çərşənbə
	Məleykə Abbaszadə: İştirakçı sayı 10 mindən az olan imtahanlar elektron formatda keçiriləcək
 
	26 dekabr 2023, Çərşənbə axşamı
	Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib



