Pressa.az » Cəmiyyət » Boşanma zamanı qadına hansı halda evdən pay düşür? - Açıqlama

Boşanma zamanı qadına hansı halda evdən pay düşür? - Açıqlama

21 may 2024, Çərşənbə axşamı, 11:57
Boşanma zamanı qadına hansı halda evdən pay düşür? - Açıqlama

Boşanan ailələrin sayının gündən-günə artması dövrümüzün qlobal probleminə çevrilib. Bu zaman qadınları maraqlandıran məsələlərdən biri övladları olmadığı təqdirdə yoldaşı ilə birgə yaşadıqları evdən pay almaq məsələsidir.

Bəs övlad olmadığı halda qadın əriylə birgə yaşadığı evdən pay götürə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, tərəflərin nikah dövründə aldıqları əmlak bərbərhüquqlu olaraq bölünür.

"Öncə əmlak üzərində paylar müəyyən olunur. Bu, müəyyən olunduqdan sonra bölgü aparmaqla tərəflər öz çıxarışlarını rəsmiləşdirirlər”.

Hüquqşünas qeyd edib ki, əgər tərəflər ailə qurmazdan öncə hər hansısa bir əmlakın sahibi olarsa, bu zaman bölünmə proseduru həyata keçirilmir.

“Çünki Ailə Məcəlləsinə görə, yalnız birgə nikah dövründə alınan əmlak bölünməlidir”.