Pressa.az » Cəmiyyət » Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024, Cümə, 16:31
Həbsdə olan generalın yerinə TƏYİNAT

Müdafiə Nazirliyində (MN) təyinat olub.

Liderxeber.az "Unikal"-a istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənov Rəşad Babayevi Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edib. Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb. Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov isə hazırda həbsdədir.