Pressa.az » Cəmiyyət » Hazır bulyonların orqanizmə necə təsir edir?

Hazır bulyonların orqanizmə necə təsir edir?

26 may 2024, Bazar günü, 14:18
Hazır bulyonların orqanizmə necə təsir edir?

Yeməkləri daha ləzzətli etmək üçün bəzi əlavələrdən – hazır bulyonlardan istifadə olunur.

Kimisi üçün ləzzət, kimisi üçün təhlükə mənbəyi olan bu bulyonlara münasibət birmənalı deyil.Hazır bulyonların orqanizmə təsirinə gəldikdə isə mütəxəssislər bu məhsullardan istifadəni məqsədəuyğun saymırlar.Həkim Abbas Bağırov bildirib ki, bulyonlar çox ciddi təhlükəli xassəyə malikdir:“Bulyonların içərisinə vurulmuş ədviyyatlar və digər konservantlar həm qaraciyərin işini çətinləşdirir, həm də həzm sistemində fermentativ reaksiyaların normal getməsinə çox ciddi təhdid yaradır. Digər tərəfdən qan və damar sistemində tıxacların əmələ gəlməsinə ciddi zəmin yaradır. Bulyonların tərkibinə müəyyən ət aromatizorları əlavə olunub. Bu isə mərkəzi sinir sisteminə çox ciddi zərər verir”.