Pressa.az » Cəmiyyət » “Sərxanın dönəri” bağlandı

“Sərxanın dönəri” bağlandı

03 iyun 2024, Bazar ertəsi, 13:40
“Sərxanın dönəri” bağlandı

Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri” və Xocalı prospektində fəaliyyət göstərən “Balık-ekmek” ictimai iaşə müəssisələrində monitorinq keçirilib, pozuntular aşkarlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.