Pressa.az » Cəmiyyət » “Qadınların pensiya yaşı 63 olsun”

“Qadınların pensiya yaşı 63 olsun”

07 iyun 2024, Cümə, 08:31
“Qadınların pensiya yaşı 63 olsun”

“Əmək Pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6 ay uzadılacaq”.

Liderxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, pensiya yaşı ilə bağlı diferensial yaş mexanizmi tətbiq olunmalıdır: “Həmçinin kişilərlə xanımların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsini təklif edirik. Bir sıra inkişaf etmiş dövlələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur.

Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımından vacibdir. Bu baxımdan daha öncə, xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var.

Digər tərəfdən, kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın.

Düşünürük ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı”.