Pressa.az » Cəmiyyət » SN: Uşaqlarda anadangəlmə qüsurlar çoxalıb

SN: Uşaqlarda anadangəlmə qüsurlar çoxalıb

20 iyun 2024, Cümə axşamı, 16:20
SN: Uşaqlarda anadangəlmə qüsurlar çoxalıb

Bu gün uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb.

Liderxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nikahdan əvvəl müayinələr aparılır:

“Müayinələr zamanı vətəndaşa deyə bilmirik ki, evlənməyin. Biz tövsiyə verə bilərik ki, siz talassemiya daşıyıcısısız. Evlənsəniz, xəstə uşaq doğulacaq. Onları evlənib-evlənməməsi özlərindən asılıdır. Bu gün hətta talassemiyanın artıq ağır formaları çoxalıb. Əvvəl alfa forması çox idisə, indi isə delta formasına keçib”.