Pressa.az » Cəmiyyət » Məktəbəqədər hazırlıqda yenilik!

Məktəbəqədər hazırlıqda yenilik!

14 avqust 2024, Çərşənbə, 11:17
Məktəbəqədər hazırlıqda yenilik!

LANDAU PreSchool-da yeni (2024/2025) tədris ilindən etibarən dərslər 17:00-dək davam edəcək.

Uşaqların məktəbə daha inamlı hazırlaşmaları və ilkin təməl biliklərini daha dərindən mənimsəmələri üçün LANDAU PreSchool daim yeniliklər tətbiq edir. Növbəti tədris ili üçün tətbiq olunacaq Tam Gün Proqramı da (saat 17:00-dək davam edəcək dərs rejimi) məhz bu yeniliklərdən biridir.

Tam Gün Proqramı gündəlik dərs saatları bitdikdən sonra başlayacaq. Bu proqram çərçivəsində uşaqlar 3 dəfə tam qidalanma ilə təmin olunurlar, həmçinin həm əyləncəli, həm də öyrədici oyun, təlim və dərslərdə iştirak edəcəklər.

Proqram ərzində balacalar məntiq, Lego, yazı, dizayn texnologiyaları və şahmat dərslərində iştirak edəcək, müəllimlərin nəzarəti ilə ev tapşırıqlarını məktəbdə icra edəcəklər.

Bu proqramın şagirdlərlə yanaşı, valideynlər üçün də müsbət tərəfləri var. Belə ki, övladlarını dərs saatlarından sonra götürə bilməyən və işləyən valideynlər onları rahatlıqla iş saatlarından sonra məktəbdən götürə bilərlər. Həmin saatlar ərzində isə şagirdlər təhlükəsiz halda məktəb daxilində əməkdaşların və müəllimlərin nəzarətində olacaqlar. Bu isə öz növbəsində valideynləri əlavə xərclərdən (yol, dayə, sürücü və qidalanma xərcləri) azad edəcək.

LANDAU PreSchool-un dərs rejimi ilə yanaşı, başqa üstünlükləri də var:

- Aylıq ödəniş üsulu

- Sağlam qidalanma

- İngilisdilli mühitdə Böyük Britaniya kurikulumu

- Daimi həkim və psixoloq nəzarəti

- Yüksək səviyyəli təhlükəsizlik

- Dərsdənkənar fəaliyyətlər

Onu da əlavə edək ki, LANDAU PreSchool-u başa vuran balaca şagirdlərimiz növbəti tədris ili üçün LANDAU School-a prioritet namizədlər hesab olunurlar. Bu da öz növbəsində "PreSchool" məzunlarımızın məktəbimizə qəbul olunması şansını daha da yüksəldir.

Hazırda LANDAU PreSchool 3 korpus üzrə fəaliyyət göstərir:

- "Xətai" korpusu (Ünvan: Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25; "Baku City Residence" Yaşayış Kompleksi)

- "Sea Breeze" korpusu (Ünvan: Sabunçu rayonu, Nardaran qəsəbəsi, 31-ci dalan; "Sea Breeze" İstirahət Mərkəzinin ərazisi)

- "Bayıl" korpusu (Ünvan: Gülbala Əliyev küçəsi, 9; "Boulevard Residence" Yaşayış Kompleksi; Dövlət Bayrağı Meydanının yaxınlığı)

Növbəti (2024/2025) tədris ili üçün LANDAU PreSchool-a qəbul davam edir! Qeydiyyatdan keçmək üçün müvafiq linkə (https://shorturl.at/g5Vcw) və ya www.landauschool.com saytındakı Apply to LANDAU PreSchool and Kindergarten bölməsinə keçid edərək onlayn formanı doldurmağınız kifayətdir.

Daha ətraflı məlumat üçün *1908 nömrəsinə zəng edə bilərsiniz.