Bakıda bu xəstəxana təmirə bağlanır
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.
Liderxeber.az xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.
Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.
Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.
Qeyd edək ki, Saray qəsəbəsində Modul tipli vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
31 yanvar 2024, Çərşənbə
Sialə Rüstəmova: İnstitut baytarlığın problemlərinin həllinə dair elmi-tədqiqat işləri aparır

