30 ildən sonra kimliyi bilinən şəhidlər dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhidlər Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları ailələrinə təhvil verilib.
Liderxeber.az xəbər verir ki, hər iki şəhidin qalıqları bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Xatırladaq ki, Cəbrayıl rayonunun Doşulu kənd sakini Şirinov Tahir Şirin oğlu 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov Şirin Bilal oğlu, qardaşı Şirinov Nazim Şirin oğlu və dayısı oğlu Hüseynov Cavanşir Ərşad oğlu ilə birlikdə Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Nazim Şirinovun qalıqları iyunun 7-də Mehdiabaddakı Şəhidlər xiyabanında dəfn olunub.
Məlumata görə, həmçinin qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilovun nəşi Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.